Ölkə

Göyərçinli 2, göyərçinsiz 1 manat - FOTO

16 Mart 2017 19:19
9 Şərh     Baxış: 2 446

Novruz bayramı ərəfəsində paytaxt sakinlərinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatı artır. Bu səbəbdən də həm Kənd Təsərrüfatı Nazirliyi, həm də Bakı şəhər İcra Hakimiyyəti istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə müxtəlif ərazilərdə satış yarmarkaları və çadırlar qurub. Sözügedən yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarınının bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə satışa çıxarıldığı qeyd olunur.

Milli.Az xəbər verir ki, qafqazinfo bazarlarla satış yarmarkalarını müqayisə etmək üçün bir neçə ərazidə olub. Əvvəlcə Binəqədi kənd təsərrüfatı yarmarkasına yollansaq da, bazarın sabahdan fəaliyyətə başlayacağını bildirdilər. Yarmarkada sadəcə bir satıcı var idi, onun da piştaxtasına sadəcə alma düzülmüşdü.

Daha sonra gediş gəlişin daha çox olduğu Nərimanov metrosunun qarşısında qurulmuş çadırlara yollandıq. Çadırlarda bayram ərzaqları ilə yanaşı həm də müxtəlif aksesuarlar, şüşə qab-qacaq düzülüb. Əsas üstünlük isə çərəz və bayram atributlarına verilib. Sıra ilə düzülmüş səmənilərin qiyməti isə, demək olar ki, standartdır: göyərçinli 2 manat, göyərçinsiz 1 manat.

Çadırda yer alan çərəzlərin qiymətinə nəzər salaq:

Qoz ləpəsi: 18-20 manat

Ərik: 10-15 manat

Fındıq ləpəsi: 16-20 manat

Kişmiş: 8-16 manat

Püstə: 22-24 manat

İnnab: 6-10 manat

Şabalıd: 12 manat

Qabıqlı qoz: 7-10 manat

Qabıqlı fındıq: 7-8 manat

Ukraynadan gətirilmiş şokolodlar: kilosu 6 manat

Metro çıxışlarında qurulmuş bu yarmarkalarda qiymətlərin daha münasib olması və ərazi baxımından əlçatımlılıq alıcıları daha çox cəlb edir. Odur ki, bazarlardan fərqli olaraq metro çıxışlarında piştaxta quran satıcılar burada əhalinin alıcılıq qabiliyyətinin yüksək olduğunu söyləyib.

Satıcılar bildirib ki, sakinlər qoz-fındıqdan başqa digər məhsullardan daha çox 300-500 qram almağa üstünlük verir. Qiymətlər həm keyfiyyət, həm də bölgələrə görə dəyişir.

Daha sonra "Keşlə" bazarına yollanırıq. Alıcılıq baxımından bayaq müşahidə etdiyimiz mənzərəni burada görmək elə də mümkün deyil. Bayram günlərinə az müddət qalmasına baxmayaraq, piştaxtaların qarşısında elə bir alıcı sızlığı gözə dəymir. Bir neçə məhsulun qiymətini çadırlarla müqayisə etdiyimiz zaman bəzilərində az, bəzilərində isə xeyli fərq olduğunu gördük. Odur ki, sakinlər daha çox çadır və yarmarkalardan alış-verişə üstünlük verir.

Bazarda isə qiymətlər belədir:

Qabıqlı fındıq: 8 manat

Qabıqlı qoz: 12-17 manat

Şabalıd: 15 manat

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 16 Mart 19:3800

    Bilesuvarda ile Qoz qabigli 7 azn Findiq qabigli 7 azn Findiq Lepesi 10 azn Qoz lepesi 15 azn dir.Sabalid 7 azn.

    Cavab yaz
  • Anonim
    SPARTALI · 16 Mart 20:1010

    Demek olar her wey su qiymetine.

    Cavab yaz
  • Anonim
    melik · 16 Mart 20:2630

    qiymetler od tutub yanir

    Cavab yaz
  • Anonim
    s.s. · 16 Mart 20:3210

    Budur ucuz?

    Cavab yaz
  • Anonim
    1988 · 16 Mart 21:1000

    Aman ALLAHim qiymetlere bax od tutub yanir.

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 16 Mart 21:2810

    Bu tempdə inkişfimiz davam etsə, 2,3 ildən sonra bayramlarıda qeyd etmiyəcik, ölməmək üçün yaşayaciq.

    Cavab yaz
  • Anonim
    bakili anar · 16 Mart 23:0200

    uyda nece ucuzluqdu dehwet

    Cavab yaz
  • Anonim
    Sadixova Afet · 17 Mart 08:1000

    dunen men de getmisdim Insaatcilar metrosunun yaninda qurulmus cadir yarmarkasina.Qiymetler od tutub yanir.Qoz lepesi bazarda 18 manat oldugu halda burda 20 manata idi.Jurnalist neyi terifleyir basa dusmedim.Hec ne almadim.

    Cavab yaz
  • Anonim
    / · 18 Mart 00:0000

    marketden 19 manatliq qoz lepesi aldig qara icinde curukler ne qeder /az olsun yaxwi olsun bir cana faydasi olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.