Ölkə

Yaralı tələbələrdən biri DİN-in hospitalına köçürüldü - YENİLƏNİB

16 Mart 2017 16:26
19 Şərh     Baxış: 4 790

16:26

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan və Sumqayıt Təcili yardım Xəstəxanasında mülaicəsini davam etdirən yaralı tələbələrdən biri - Aytən Quluzadə Daxili İşlər Nazirliyinin Hospitalına köçürülüb.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a Sumqayıt Şəhər Təcili Tibbi yardım Xəstəxananın baş həkimi Rauf Sadıqov məlumat verib. Onun sözlərinə görə, xəstənin səhhətində ciddi problem yox idi: "Burnunda sınıq var idi, onu da əməliyyat edib, düzəltmişdik. Sadəcə onların hansı vəziyyətdə qəzaya düşdükləri məlumdur və böyük stress keçiriblər. Onlara sakitlik lazım idi, bura daim xəstələr gəlir, gecə vaxtı təcili xəstə köçürülməsi olur. Bu baxımdan bizim xəstəxana onda narahatçılıq yaradırdı. Qohumlarının istəyi ilə həmin xəstəni DİN-in Hospitalına köçürdülər. Hazırda bizdə bir yaralı tələbə müalicəsini davam etdirir".

Qeyd edək ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 6-ı dünyasını dəyişib.

---------

14:34

"Sosial şəbəkədə yazdığım statusdan sonra Daxili İşlər Nazirliyi məsələni aydınlaşdırdı və bacım DİN-in hospitalına aparıldı".

Milli.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında bir həftə öncə Bakı - Sumqayıt yolunda dəhşətli qəza nəticəsində yaralanan Aytən Quluzadə adlı xanımın bacısı Ayşən deyib.
 
Qeyd edək ki, xanım sosial şəbəkədə Sumqayıt Dövlət Xəstəxanasını və icra hakimiyyətini kəskin tənqid etmişdi "Qəzada xəsarət alan tələbələri vecinə alan yoxdur. İcra başçısı, digərləri gəlib qəza günü yalandan tələbələrin başlarını sığallayıb mediaya "poza verib" çıxıb getdilər, gedər-gəlməzə. Qara yol getsinlər...

Sözüm ondadır ki, bacım yatan xəstəxananın elə bir şəraiti var ki, orada sağlam adam xəstəlik tapar. O boyda yerdə cəmi iki tibb bacısı var. Əvvəl tapşırıq var idi deyə maraqlanırdılar. İndi tələbələrlə maraqlanan yoxdur. Srağagün bacımın halı pisləşəndə günorta saat 3 deyildi heç, amma həkim tapılmırdı uşağı yoxlamağa, yardım etməyə. Axırda gördülər anam hay-küy salıb, əməliyyatdan həkimin birini yarımçıq çıxarıb gətirdilər. O gəlib yardım etdi. 2-3 gün idi oradakı həkimə dedik aparaq Bakıya. Dedi ki, dilinizdən kağız verəsiniz gərək, sonra aparasınız. Çarəsiz tərpətmək olmaz deyə qalmağına razılaşdıq. Bu gün də yenə pis olub vəziyyəti. Yenə həkimi yox idi. Başqa həkim gəlib baxıb yenə. Zəng vurduq İcra Hakimiyyətinə. Dedilər ki, maraqlanacaqlar. Saatlar keçib, amma nə səs var, nə soraq. Bu qədər də olmaz də. Bir abrınız-həyanız olsun. Məqsədiniz sağ qalanları da öldürməkdir? Xəstənin vəziyyəti ilə bağlı nəsə deyəndə elə cavab verirlər ki, sözlərindən belə çıxır ki, pulun varsa, apar özəldə müalicə elətdir, bizim gücümüz buna çatır".
 
Şikayətçi daha sonra qeyd edib: "Gündə bir sistem, iki iynə ilə o cür xəstələr sağalmır. Xəstəxana özü nə gündədir ki, xəstəyə də baxmağa imkanı olsun?! Bu dəqiqə o tələbələrə normal şəraiti, hər növ yardım imkanları olan bir klinikada müalicə lazımdır. Bu gecə iki dəfə qızların palatasına xəstə gətirilib. Hər dəfə işığı yandıranda, səs-küy olanda yuxudan yarımçıq ayılırlar. Travmalı uşaqlar olduğunu nəzərə almalıdırlar. Düzgün yardım etsinlər xəstələrə. Səhiyyəmizin necə bərbad olduğunu görmək çox çarəsizdir. Gərək bizim ölkədə xəstəxanaya gedəndə dərmanı da, həkimi də özünlə aparasan, başqa yolu yoxdur. Səlahiyyəti olan hər kəs bu məsələ ilə maraqlanmalıdır. Bu, onların öhdəliyidir və lazımi səviyyədə də yerinə yetirməlidirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Aydlndl · 16 Mart 14:3741

    Xanlm Inwallah DIN-de tez sagalar qovuwar ezizlerine.yaxwl edib yazmlslz.

    Cavab yaz
  • Anonim
    vaxt · 16 Mart 14:3811

    sag ol Milli.Az

    Cavab yaz
  • Anonim
    Sebr · 16 Mart 14:4021

    Bir neçə il əvvəl bibim oğlu Sumqaylt tərəfdə qəza keçirmişdi təcili o xəstıxanaya aparmışdılar.Doğurdan da bərbad gündə idi. Demək hələ də elə də qalıb!???Allaha şükür ordan çıxarlblar İnşaAllah tez sağalar!!

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 16 Mart 14:4061

    Axxx, yazan ellerin derd gormesin bacim,Allah bacinizada sefa versin, Mesel yadima dusdu ''Aqlamayana pepe vermirler'' Yaziq xesteler.

    Cavab yaz
  • Anonim
    Leyla · 16 Mart 14:4030

    Çox acinacaqlı haldı..Allah köməyiniz olsun..Həkimlərədə insaf...

    Cavab yaz
  • Anonim
    Yağmur · 16 Mart 14:4321

    Bele yerde deyibler:: ağlamayana pepe yoxdu.ellerine ,diline sağlıq.ne yaxşıkı oxuyublar .allah xestelere şefa versin

    Cavab yaz
  • Anonim
    Oxucu · 16 Mart 14:5021

    Halaldi sene

    Cavab yaz
  • Anonim
    Nara · 16 Mart 14:5231

    Onlar pul yiğmağı bilir

    Cavab yaz
  • Anonim
    Stariy Kiravabad! · 16 Mart 14:5420

    Cox pisss.

    Cavab yaz
  • Anonim
    sevilya · 16 Mart 15:0021

    Haqlidi yerinde de lazimi sozleri yazib.baxib olcu goturen olsa yaxsi olar.Allah sefa versin tezlikle sagalsin yaralilar

    Cavab yaz
  • Anonim
    sevilya · 16 Mart 15:0231

    Bura azerbaycandir pulun var basina dolanarlar pulun yoxdursa tapdayib kecerler.coooox teessuf indi her sey puldu.ancaq hekim andina xeyanet etmemelidi oz ohdeliklerini yerine yetirmelidir

    Cavab yaz
  • Anonim
    .svoyski. · 16 Mart 15:0921

    Duzdu

    Cavab yaz
  • Anonim
    Rony · 16 Mart 15:2021

    Can, bacı.. Allah köməyiniz olsun. Bunlara isə azacıq da olsa insaf versin.

    Cavab yaz
  • Anonim
    Assss · 16 Mart 15:2021

    Tam raziyam.uc gundur olurem urek agrisindan hekime getmeye qorxuram.ki sag gedib olu cixacam.

    Cavab yaz
  • Anonim
    Şamaxı balası · 16 Mart 15:4141

    Men bu xanımla 100 % razıyam sumqayıtda travmatalogiya xestexanası çox berbad haldada biz ora xeste apardıq teziqden beynine qan sızmışdı onun her deqe teziqi ölçülmeliydi amma o boyda xestexanada teziq aparatı yoxuydu evde getirdik aparatı

    Cavab yaz
  • Anonim
    Şamaxı balası · 16 Mart 15:4521

    Xestexanada hekim tapmırdıq xesteye baxsın deyirdik aparaq bakıya deyirdiler dilinizden izahat verin sonra sonda izahat verib öz cibimizden ambulans tutub apardıq bakıya neyro cerrahiye xestexanasına orda sağaldı

    Cavab yaz
    • Anonim
      Sebr · 16 Mart 16:3721

      Kaş ki o biri qızı da aparardılar!!

      Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 16 Mart 16:4251

    Gələcəymizi yaxşı görmürəm.

    Cavab yaz
    • Anonim
      Vüqar · 16 Mart 16:4961

      Siz yaxşısız ki, pis də olsa görürsüz, mən ümumiyyətlə gələcəyimizi görmürəm.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.