Ölkə

Bərdədə qardaş bacısını baltaladı - TƏFƏRRÜATLAR - YENİLƏNİB

16 Mart 2017 16:51
22 Şərh     Baxış: 4 243

16:51

Bərdə rayonunda baş vermiş cinayət hadisəsinin təfərrüatı məlum olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, Leyla İbrahimli rayonda fəaliyyət göstərən çay evlərinin birində ofisiant işləyirmiş. Ancaq qardaşı Hafiz İbrahimli buna etiraz edib. Bu səbəbdən tərəflər arasında münaqişə baş verib. Nəticədə H.İbrahimli bacısı L.İbrahimliyə balta ilə başından bir neçə dəfə zərbə endirərək qətlə yetirib. H.İbrahimli hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub.
Faktla bağlı Qarabağ Hərbi Prokurorluğunda araşdırma aparılır.

-----------

15:45

Bu gün Bərdə şəhərində baş verən dəhşətli qətlin ilkin təfərrüfatı bəlli olub.

Milli.Az xəbər verir ki, Bərdə Şəhər Polis Şöbəsindən virtualaz.org saytına bildiriblər ki, hadisə qısqanclıq zəminində baş verib. "İlkin məlumatlara görə, 22 yaşlı Hafiz Vaqif oğlu İbrahimli 21 yaşlı bacısı Leyla İbrahimli ilə münaqişə edib. Bundan sonra o, bacısını baltalayaraq öldürüb. Bacısını öldürəndən sonra isə polis şöbəsinə gələrək, törətdiyi hadisəni etiraf edib", - polisdən bildiriblər.

Məlumatlara görə, Leyla İbrahimli bir müddət əvvəl qeyri-rəsmi yaşadığı kişi ilə ayrılıb. Hazırda polis əməkdaşları hadisə yerindədir.

Faktla bağlı cinayət işi açılıb.

--------

13:48

Bərdə rayonunda qardaş bacısını balta ilə öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Hafiz Məmmədov bacısı 21 yaşlı Leyla Məmmədovanın başından balta ilə bir neçə zərbə vuraraq öldürüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

22 Şərh:

  • Anonim
    . · 16 Mart 13:4933

    Anada deyir oglum var.buda verdiyi terbiye

    Cavab yaz
  • Anonim
    ? · 16 Mart 13:5042

    Vehşixanadir ey. İndi yeqin deyecek namus üste öldürdüm. Ellerin qirilsin.

    Cavab yaz
    • Anonim
      MiruMir · 16 Mart 16:4133

      Yuxarida yazilib. Bacisi biriyle qeyri-resmi yawayirmiw.O insan ayrilibmiw. Qardawin da qeyret damari teze tutub yeqin ...

      Cavab yaz
      • Anonim
        ? · 16 Mart 17:0631

        Qardas bacisini işlemek üstünde öldürüb. Qeyri resmi yasamaq üstünde yox.

        Cavab yaz
  • Anonim
    ? · 16 Mart 13:5270

    Dünende qardaş qardaşı öldürüb. Bugün de qardaş bacini. Ne olub bu millete? Hara gedir axirimiz?

    Cavab yaz
  • Anonim
    səbinə · 16 Mart 13:5441

    insanlar vəhşiləşib ancaq öldürmək oda vəhşicəsin adın indi qoyaca qısqanclıq yada qadın pozqun idi

    Cavab yaz
  • Anonim
    . · 16 Mart 14:1131

    Namus deyenler başlayacag indi göresen ne etmişdi

    Cavab yaz
  • Anonim
    Onur666 · 16 Mart 14:1921

    Yeqin baci nese sef iş görubki vurlasi oda vurub da. Belkede qardaşı naxaq yere vurub neise yene bir can getdi..Bayram qabaq az qala ele 40 % evlerde yas merasimleridi ele her gun en azi bildiymiz 3 nefer ibtihar edir bu millətin axri hara gedir bilen var ? Bele sey olar

    Cavab yaz
  • Anonim
    QQ · 16 Mart 16:0643

    Ele bil oglanlari bezilerinin icinde seytan var .Bedbext oglu qizi da oznu de ata anasini da bedbext eledi.Ama onu deyim ki bu cemiyyet ne qeder ki soz gezdirenlere ,aradagezenlere ,filankesin qizi filankesle bir yerdeydi deyib qeybet qiranlara ceza vermeyib hele cox bele hadiselerle rastlasacaq .Oglana gor nece deyibler ki el qinagi deyib bacisini vehsicesine oldurub .

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 16 Mart 18:1020

    Herbi xidmetden muveqqeti gelibmis , kas hec gelmezdi, esger kimi geldi qatil kimi turmeye dusdu,

    Cavab yaz
  • Anonim
    Anar · 16 Mart 19:2610

    Bunun ağlına bir quş.

    Cavab yaz
  • Anonim
    Ahu · 16 Mart 21:0521

    Cox ağır hadisedi getdi o aile param parça oldu yazıqlar ay seni zelil qal qız 21yaşın var Qardaş deyir işleme işlemede rayon yerinde kent yerinde pis baxıllar kafede qız işlemeye elin tökülsün onu özünü düşünmedin Hec olmasa ananı düşünerdin

    Cavab yaz
    • Anonim
      ahuya · 16 Mart 23:1311

      Qardaş kimdirki deyir işleme? Belke qardaş özü qazanc getirir? Qadin qadina qenim olar dogrudur

      Cavab yaz
    • Anonim
      ahuya · 16 Mart 23:2210

      Qadin qardaşın erin esaretinde olmalidir da. Elemi? Qadini ancaq qardaşı eri idare etmelidir. Budur bax ele qadinlarimizin baxışı

      Cavab yaz
  • Anonim
    n · 16 Mart 21:1601

    Basqalarini qinamaqa pergariq.

    Cavab yaz
    • Anonim
      mmm · 16 Mart 22:5403

      teksir qizdadi kim goturerki bacisi cay evinde islesin her gelen bir soz atsin goturmuyubde yaxsi edib oldurmusen

      Cavab yaz
      • Anonim
        mmme · 16 Mart 23:1210

        Bunun danişigina bax. Seni kimi fitnakarlardi ele qan tökdüren. Sene de bir gün yaxşı ederler

        Cavab yaz
  • Anonim
    mmm · 16 Mart 22:5501

    yaxsi etmisen qaqa

    Cavab yaz
    • Anonim
      mmme · 16 Mart 23:1110

      Sakit dur ha sen. Ele seni kimilerin ucbatindan günde bir qan tökülür. Seni kimilerdi ele insanlari cinayete sövq edir

      Cavab yaz
    • Anonim
      mmme · 16 Mart 23:1310

      O qaqadan biri de sene bir gün yaxşı eder

      Cavab yaz
    • Anonim
      mmme · 16 Mart 23:1410

      Fitnekarin biri burdadi. Allah bilir yaxşı eləmisən deyə deyə neçə ailəyə dava salib.

      Cavab yaz
  • Anonim
    QQ- · 17 Mart 01:2900

    Goresen o oglana bacisi barede pis sozler deyib onu deliye donderen insan he vicdanindan utanirmi indi .Ozge namusunda egib axtaranlar hemise eyibli adamlar olub olacaq da..Vicdani olmasa da Allah gorur her seyi .Bi gun o adamlarin da balasinin basina o cur hadiseni getirer Allah .Milli az. konkret hec kimi gunahlandirmamisam .Sadece oz fikrimi yazmisam .Ona gore de xahis edirem serhimi verin . Her kes oz payini goturecek .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.