Ölkə

Coğrafiya İnstitutundan tozlu hava ilə bağlı AÇIQLAMA

14 Mart 2017 16:23
2 Şərh     Baxış: 1 830

"Azərbaycana toz dumanının daxil olması adi haldır və belə hal tez-tez müşahidə edilir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənov əlavə edib ki, Azərbaycana cənubdan daxil olaraq, tozlu havanın yaranmasına səbəb olan tropik hava kütləsi Ərəbistan yarımadası və Afrika üzərində formalaşır:

"Belə hava kütləsi həmişə isti, quru, tozlu hava kütləsi yaradır. Ölkə ərazisinə belə tozlu hava kütləsinin daxil olması qeyri-adi hal deyil".

M.Həsənov qeyd edib ki, Azərbaycanda tozlu havanın yaranmasına səbəb olan digər hava kütləsi Türkmənistan, Özbəkistan və Qazaxıstanın - Qaraqum və Qızılqum səhralarının üzərində formalaşan Orta Asiya hava kütləsidir: "Bu hava kütləsi yayda havanı nisbətən isti, qışda isə nisbətən soyuq edir. Bu hava kütlələri səhraların üzərində yarandığından bir qədər tozlu olsa da, Xəzər dənizi üzərindən keçdikdə onun tozu xeyli azalır. Amma ola bilər ki, hazırda daxil olması gözlənilən Orta Asiya hava kütləsi Azərbaycana yenə də tozla bərabər daxil olsun".

M.Həsənov deyib ki, Azərbaycana daxil olan tozlu hava kütləsinin təsiri daha çox Xəzər dənizi sahillərində, xüsusilə Bakıda hiss olunur:

"Amma Bakıya daxil olduqdan sonra bu toz getdikcə azalır. Bu tozlanma nəticəsində atmosferdə elə qlobal çirklənmə olmur. Ancaq sözsüz ki, belə tozlar insanın nəfəs yollarına mənfi təsir göstərir".

Alim onu da əlavə edib ki, Azərbaycana tozlu hava kütlələri hazırkı dövrdə bir qədər az daxil olur, amma yay dövrlərində belə hava kütlələrinin ölkə ərazisinə daxil olması halları daha çox olur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ötən gün verilən məlumata görə, son iki gün ərzində Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olub. Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana gəlib. Bu gün gecə və sabah səhər saatlarında isə Türkmənistandan Azərbaycana toz dumanının gələcəyi proqnozlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    QQ · 14 Mart 16:3410

    Cox pis halda tozluluq musayet olunur .Cografiyasunas deyir ki tozluluq Xezerden kecdikden sonra nisbeten azalir .Amma ele deyil ..Hec bu meqaleni oxumamis men dunen Koroglu metrosu terefden uzu Razin terefe baxanda hemkarim xanima dedim ki seher ne yaman toz dumanina burunub ..O da baxib dedi dohrudan ne yaman boganaq gorunur . Dedik Erebistanda yeqin qum girtinasi bas verib .Inanin ki dunen seherde yuz metr mesafeden uzagi gormek olmurdu .Bu en cox da hundur yerlerden baxanda gorunurdu

    Cavab yaz
  • Anonim
    Aydlndl · 14 Mart 16:4600

    Yerli yersiz bina tikintilerinden nece ola biler?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.