Ölkə

Bu avtobus marşrutunun hərəkət xətti dəyişir - SXEM

13 Mart 2017 14:18
0 Şərh     Baxış: 5 808

Paytaxtdakı 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də M.K.Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə Montin qəsəbəsi, metronun "Nəriman Nərimanov" və "Şah İsmayıl Xətai" stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək.

Bundan sonra bu marşrut xətti üzrə avtobuslar metronun "Şah İsmayıl Xətai" stansiyası istiqamətində hərəkət edərkən F.X.Xoyski küçəsindən M.K.Atatürk prospektinə, daha sonra akademik Həsən Əliyev və Ceyhunbəy Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək.

Qeyd edilir ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.