Ölkə

"Bərkgedən"lər yolu zəbt edib - Tədbir görüləcək? - FOTO

10 Mart 2017 14:38
1 Şərh     Baxış: 6 280

Bakının Nərimanov rayon sakini Milli.Az-a müraciət edərək Ağa Nemətulla küçəsində, 45 saylı orta məktəblə üzbəüz ərazidə minik avtomobillərinin sahibləri tərəfindən piyada səkisinin zəbt olunmasından şikayət edib: "Bu qanun pozuntusu daim müşahidə edilir, lakin heç bir tədbir görülmür. Çoxu da "bərkgedən"lərin maşınlarıdır. Qanun hamı üçün qanundursa, qoy onları da cəzalandırsınlar ki, başqalarına da dərs olsun"

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, edilən şikayətlər bağlı zəruri tədbirlər görüləcək:

"Təbii ki, bu dayanma-durma qaydalarının kobud şəkildə pozulması deməkdir və sürücülər buna görə qanuna əsasən məsuliyyətə cəlb ediləcəklər. Lakin bu cür məsələləri təkcə yol polislərinin öhdəsinə buraxmaq da yetərli deyil. Gərək ictimai qınaq da olsun. Bu cür hallara qarşı mübarizə aparmaq üçün onları kütləvi informasiya vasitələrində işıqlandırmağa ehtiyac var".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    AEA · 10 Mart 16:0701

    Yoldaş polkovnik, siz DYP işçilərinə sual verən yoxdur ki, bu maşınlar aylardır dayanır orada və siz, yəni DYP bunu həm əyani, həm də kameralarda görürlər??? ....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.