Ölkə

Bakının əsas prospektlərindən birinə giriş BAĞLANIR

9 Mart 2017 21:01
0 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonu "Sovetski" kimi tanınan ərazidə aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektində təmir-tikinti işləri davam etdirilir. Bu səbəbdən bir müddət bundan öncə sözügedən prospektdə hərəkətin hissə-hissə məhdudlaşdırılması istiqamətində işlərə başlanılıb.

"Azəravtoyol" ASC-dən Milli.az-a verilən məlumata görə, artıq martın 10-dan etibarən N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən prospektə avtonəqliyyat vasitələrinin girişi məhdudlaşdırılacaq. Həmin istiqamətdə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri tövsiyə olunur.

Qeyd edək ki, Nərimanov prospektində aparılan yenidənqurma işləri çərçivəsində yaxın günlərdə prospektlə tam olaraq hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

"Azəravtoyol" yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.