Ölkə

"Qəzaya uğrayan mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib" - NAZİRLİK

9 Mart 2017 17:55
5 Şərh     Baxış: 3 122

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, sərnişindaşıma həyata keçirən  "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Fəciəyə səbəb olan mikroavtobusa Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq metronun "Memar Əcəmi" stansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    etiraf · 9 Mart 18:0700

    Cavab yaz
  • Anonim
    shahmərdan · 9 Mart 18:1900

    Deməli belə çıxır ki, məsuliyyet düşdü DİN BDYPİ-ə...

    Cavab yaz
  • Anonim
    Ayka · 9 Mart 18:5520

    Heyif arzulari puc oldu bu yazix telebelerin allah hec bir anaya gosdermesin bala dagini kim bilir belke de ureklerinde hansisa sevdikleri vardi allah rehmet elesin hamisina ureyim yanir vallah

    Cavab yaz
  • Anonim
    Ayka · 9 Mart 18:5710

    Allah yaralilara komek olsun amin

    Cavab yaz
  • Anonim
    Şamaxı balası · 9 Mart 19:0500

    Qeyri qanuni işleyirdise bes niye vaxtında tedbir görülmürdü demek kimlerinse cibi boş qalmasın deye qırılmalıdıda bu millet indi hamsı agılıb here bir nağıl danışır bes texsirkar kimdi?mene ele gelirki danışmaq boş şeydi yene 5 beş günden sonra köhne hamam köhne tas çünki buna oxşar badire bir il öncede baş vermişdi ne netice çıxdıki indide nese olsun heyif ölenlerin canına ALLAH rehmet elesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.