Ölkə

Millət vəkilindən sərnişindaşınmadakı özbaşınalığa SƏRT REAKSİYA

9 Mart 2017 16:54
3 Şərh     Baxış: 1 621

"Bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və beş nəfərin həlak olması xəbəri hər bir kəsi sarsıtdı. Həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi bir hadisədir. Hadisə göstərdi ki, sərnişin daşınması məsələsinə ciddi diqqət ayrılmalıdır".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin komitə sədrinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, bu sahədə ciddi, əməli işlər görülməli, qanunu pozanlar sərt şəkildə cəzalandırılmalıdırlar: "Bakıdan Sumqayıta və şəhərətrafı qəsəbələrə hərəkət edən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır. Avtobusların konstruksiyalarında dəyişikliklərə yol verilməməli, bunu edənlər ciddi pul cəriməsinə məruz qalmalıdırlar.



Yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevirilməsi cinayət əməli kimi qiymətləndirilməli, sürücülərə qarşı tələblər sərtləşdirilməlidir. Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir. İnsanlarımızın, xüsusi ilə gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsi hallarına qarşı sərt mövqe tutmalıyıq!.

Qəzada ölənlərin ailələrinə Allahdan rəhmət diləyirəm".

Yusif Nəsirli 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    $.$.$. · 9 Mart 16:5810

    ölənlər yaralananlar olmasaydi fikirləşmək lazim deyildi hə? umumiyyətlə bizim suruculər cox özdərindən razi və məsuliyyətsizdirlər

    Cavab yaz
  • Anonim
    asi · 9 Mart 17:1600

    Mən hələ də deməyə söz tapmıram tezdəndən((.Birtərəfdə ermənilər qənim olsun gənclərimizə digər tərəfdə də özümüzünkülər(((...

    Cavab yaz
  • Anonim
    Abbas · 9 Mart 19:4200

    Men bir seyi basa duse bilmirem bu olkede Aydin muellimden basqa bu tip edbext hadiselere reaksiya veren tedbir goren olacaq hemise bu cur hadiselerde Aydin muellimin sert reaksiyasi ile rastlasiriq basqalari niye susur tedbir gormur uzerine dusen vezifeni yerine yetirmir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.