Ölkə

İctimai qınaq nəticəsini verdi - Sərnişin üzr istədi - FOTO

7 Mart 2017 18:18
1 Şərh     Baxış: 4 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən sosial şəbəkələrdə "BakuBus" MMC-nin avtobuslarının salonlarında etik və təhlükəsizlik qaydalarına uyğun olmayan hərəkətlərə yol verən sərnişinlər haqda məlumatlar yer almışdı. Bu gün həmin sərnişinlərdən biri Mirhəsən Rafiqoğlu "BakuBus"a gələrək şirkət rəhbərliyinə yazılı müraciət ünvanlayıb və səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

"Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Milli.Az-a bildirib ki, o, Təlim Mərkəzində avtobusdan istifadə zamanı sərnişinlərin təhlükəsizlik qaydaları ilə bağlı ətraflı məlumat aldıqdan sonra bir daha bu kimi davranışlarına yol verməyəcəyini söyləyib və bütün sərnişinləri, xüsusən də gəncləri ictimai nəqliyyatdan istifadə zamanı qaydalara əməl etməyə çağırıb: 

"Gənc sərnişinimiz Mirhəsən Rafioğlunun səmimi peşmanlıq hissi keçirməsi və "Bakubus"a gəlməsi digər sərnişinlər, o cümlədən gənclər üçün müsbət nümunə sayıla bilər. Bu məsələ ilə bağlı formalaşan ictimai qınaq gələcəkdə ictimai nəqliyyatdan istifadə zamanı sərnişin məsuliyyətinin artmasına müsbət töhfəsini verəcək. Ümid edirik ki, sərnişinimizin peşmanlıq hissi uzun illərdən bəri formalaşmış arzuolunmaz vərdişləri dəyişməyə yardım edəcək".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.