Ölkə

Şəhidimizin cənazəsini gətirən polis hönkürdü - VİDEO - FOTO

28 Fevral 2017 12:32
70 Şərh     Baxış: 11 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 6 hərbi qulluqçumuzun şəhid olduğu haqda məlumatınız var.

Milli.Az xəbər verir ki, həmin gecə şəhid olan hərbi qulluqçumuz - Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayevin cənazəsi ailəsinə təhvil verilib. Şəhidimizin nəşinin ailəsinə təhvil verilmə anı isə hər kəsi göz yaşına boğub. Belə ki, şəhidimizin cənazəsini yaşadığı evin qapısına gətirən yol polisinin göz yaşı və ailə üzvlərinin harayı dəhşətli mənzərəyə səhnə olub.

Qeyd edək ki,  Abdullayev kəşfiyyat bölüyünün rəisi olub. Onun 3 övladı var. 

Allah rəhmət eləsin!

Təhməz Təkin
Milli.Az

VİDEO: ARB Şəki

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkinin Kiş kənd sakini, 1982-ci il təvəllüdlü mayor Aqşin Abdullayev

Video: ARB Şəki

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.