Ölkə

"AtaSığorta"nın əməkdaşları şirkətə 90 min manat ziyan vurublar

28 Fevral 2017 11:31
1 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AtaSığorta" şirkətinin İdarə Heyətinin sədri Müseyib Əliyev polisə yazılı şikayət edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinə müraciət edən şirkət rəhbəri 3 nəfər sığorta mütəxəssisinin şirkətin ümumilikdə 90 min manat pulunu mənimsəməsi barədə məlumat verib. Belə ki, həmin sığorta mütəxəssisləri 2015-2016-cı illər ərzində həyata keçrdikləri sığorta əməliyyatlarında əldə etdikləri vəsaitləri "AtaSığorta"nın kassasından gizlədərək şirkətə külli miqdarda ziyan vurublar.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, "AtaSığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.