Ölkə

Bakıda böyük fırıldaq - Bir mənzili 3 nəfərə satdılar

27 Fevral 2017 18:27
5 Şərh     Baxış: 61 471

Zərərçəkən ailə tikinti şirkətindən 107 min manat pulunu tələb edir.

Bakı şəhər sakini İradə Murquzova Milli.Az-a müraciət edərək tikinti şirkətlərindən birinin ailəsinə qarşı qanunsuzluq etməsindən şikayətlənib.

İ.Murquzovanın sözlərinə görə, onlar 2013-cü il noyabrın 1-də 90 min manat pul ödəməklə "Risk" tikinti şirkətindən mənzil alıblar. Şirkətin Bakının Əhmədli qəsəbəsi General Şıxlinski küçəsi 2942 B, 5 ünvanındakı 3 otaqlı mənzili daha sonra 17 min manat da xərcləyərək təmir ediblər, lakin köçüb yaşamırmışlar. Amma bu ilin avqustunda məlum olub ki, şirkət həmin mənzili başqa şəxsə satıb:

"Mənzil qızımın adınadır. Bu ilin avqust ayında həmin şirkətin rəhbəri Seymurun Aygün adlı katibəsi zəng edib dedi ki, sizin mənzil aktlaşdırılaraq geri qaytarılır. Çünki siz yalnız 1 otaqlı mənzilin pulunu ödəmiz, ona görə də həmin 3 otaqlı mənzil sizdən alınacaq.

Biz həqiqətən o binadan əvvəlcə 1 otaqlı mənzil almışdıq. Buna görə bizə ödənişin edildiyi barədə arayış da vermişdilər. Daha sonra biz üstünə bir qədər də pul qoyub 1 otaqlı mənzili 3 otaqlı mənzillə əvəzlədik, yəni 1 otaqlı əvəzinə 3 otaqlını aldıq. Amma məsələ bundadır ki, bizə nə 3 otaqlı evin ödənişinin edilməsi barədə arayış verdilər, nə də "kupça"sını. Şirkətin prezidenti olan Seymur dedi ki, indi Türkiyəyə gedirəm, qayıdıb gəlim, arayışı verəcəm. Sonra da gah dedi İsraildəyəm, gah dedi Dubaydayam. Beləcə bu adamı bir daha görə bilmədik. Beləcə də hər dəfə bir bəhanə ilə ödənişin çekini gecikdirdilər. O vaxtdan bəri də 3 il keçib. İndi də deyilər ki, biz guya cəmi 1 otaqlı mənzilin pulunu ödəmişik, ona görə də 3 otaqlını qaytarmalıyıq.
Avqust ayında Aygün adlı katibə məndən bütün sənədləri götürdü ki, onları Taleh müəllimə göstərəcək. Taleh də şirkətin prezidenti Seymurun həm bibisi oğludur, həm də müavinidir".

Amma şikayətçinin sözlərinə görə, onlara sonra agah olub ki, fırıldaqçılarla üzləşiblər: "Seymur qaçıb, hazırda Türkiyədədir. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Sonradan bilmişik ki, bunlar Naxçıvandan olan Faiq adlı bir şəxsdən 1 milyon 400 min dollar alıblar, əvəzinə isə ayrı-ayrı yerlərdə 22 evi, mənzili girov qoyublar. O cümlədən də qızımın adına olan mənzili. Məlum olub ki, Seymur və onun komandası digər hörmətli şəxslərin də başına bu cür oyunlar açıblar. Bizdə olan məlumata görə, bu günlərdə 40 nəfərdən çox insan onlardan Respublika Prokurorluğuna şikayət edib. 
Faiq adlı şəxsin özü də araşdırma aparıb. Məlum olub ki, indi həmin mənzildə bir prokuror məskunlaşıb. Yəni faktiki olaraq bunlar bir mənzili artıq 3-cü adama satıblar, həmin adam mənzili təmir edib faktiki içində yaşayır. Yəni bu şirkət bizdən başqa, o 2 adamı da aldaıb. Amma o evin pulunu da vermişik, təmir etdirmişik. Bizə artıq o mənzil lazım deyil. Çünki 3 nəfərə satılan mənzil problem deməkdir, mən də ailəmizin başının ağrımasını istəmirəm. Hazırda bizim istədiyimiz odur ki, bu şirkət yaxın vaxtlarda 107 min manat pulumuzu qaytarsın. Əks halda biz məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edəcəyik. Onlar bizim mənzil və təmir üçün verdiyimiz pulların hamısını qaytarmalıdırlar! Başqa cür ola bilməz!"

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Anonimlady · 27 Fevral 19:3020

    Sirketin adida riskdise ordan ev almaq tebiiki riskdi

    Cavab yaz
    • Anonim
      Türkan · 27 Fevral 21:4210

      Mən də onu deyəcəydim))))

      Cavab yaz
  • Anonim
    Azərpaşa · 27 Fevral 20:3900

    Cox tanıç bir məsələdi,mənimdə başıma gəlib,təəssüflər olsunki,1il4aydı iş məhkəmələrdədi ,amma hec bir nəticəsi də yoxdu.Allaha təvvəkkül.Allah hər şeyin yaxşısın bilir,səbr səbr səbr.Allah kiminki işi dardadı ,onlara kömək olsun,inşaallah olacaqda!

    Cavab yaz
  • Anonim
    ELVIN · 27 Fevral 22:1110

    KAROCI ADI USTUNDEDI

    Cavab yaz
  • Anonim
    u mutsuz · 28 Fevral 00:4200

    "adlarina layiq ish" :D

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.