Ölkə

Tərtərdəki vəziyyətlə bağlı icra başçısından AÇIQLAMA

27 Fevral 2017 16:39
3 Şərh     Baxış: 3 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-nə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Milli.Az xəbər verir ki, təmas xəttində yerləşən Tərtər rayonundakı vəziyyətlə bağlı icra başçısı Müstəqim Məmmədov modern.az-a açıqlama verib.
O qeyd edib ki, hazırda rayonda tam sabitlikdir:
"Narahatlıq üçün heç bir əsas yoxdur. İnsanlar gündəlik işləri ilə məşğuldurlar".
M.Məmmədov bildirib ki, fevralın 24-dən 25-nə keçən gecə baş verən döyüşlərdə rayonun hərbi qulluqçuları arasında şəhid olanlar yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.