Ölkə

BNA: Külək təmir işlərinin aparılmasına mane olub - FOTO

27 Fevral 2017 15:10
0 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü külək Bakıda nəqliyyat infrastrukturuna ciddi ziyan vurub.

BNA-dan Milli.Az-a verilən məlumata görə, fevralın 26-da paytaxtda müşahidə edilən güclü külək nəticəsində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib: "Küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb. Artıq Agentliyin balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır".

Agentlik sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 Yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonla bağlı məsələyə aydınlq gətirib: "Sözügedən pavilyon Bakı Nəqliyyat Agentliyinin balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də Agentliyin səlahiyyətinə aid deyil. Lakin Agentlik məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlandırıb. Yaxın vaxtlarda bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq".

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.