Ölkə

"BakıKart"la bağlı YENİLİK

27 Fevral 2017 12:28
0 Şərh     Baxış: 4 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank kartlarının sahibləri "BakıKart" nəqliyyat kartlarına gedişi onlayn formada yükləyə biləcəklər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat verilib. Məlumata görə, hazırda bu xidmət korporativ müştərilər üçün mövcuddur.

Hazırda bu xidmətin bütün müştərilərə şamil olunması üçün işlər davam etdirilir.

Qeyd edək ki, "BakıKart" Bakı Metropolitenində və sərnişin avtobuslarında gediş haqqını ödəmək üçün istifadə olunur.

"BakıKart"ların alınması və yüklənməsi "BakıKart" və "MilliÖN" terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.

Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli "BakıKart"lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.