Ölkə

Bakıda boğularaq öldürülən qadının FOTOları - YENİLƏNİB - VİDEO

27 Fevral 2017 14:00
2 Şərh     Baxış: 6 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:00

Bakıda yaşadığı evdə boğularaq öldürülən 53 yaşlı Anjelika Morozovanın qatilləri axtarılır. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs və ya şəxslər daha sonra mənzilin qapısını bağlayaraq qaçıblar. A.Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görüncə polisə müraciət ediblər və qadının qətlə yetirildiyi üzə çıxıb.

Qətlə yetirilən A.Morozovanın bəzi fotolarını təqdim edirik.

---------

13:13

Bakıda boğularaq öldürülən qadının şəxsiyyəti müəyyənləşdirilib.

Milli.Az report-a istinadən xəbərinə görə, məlum olub ki, bu, 1963-cü il təvəllüdlü Anjelika Vasilyevna Morozovadır.

---------

11:08

Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş 50-55 yaşlı qadın meyiti tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.

Araşdırma zamanı qadının adının Anjelika olduğu məlum olsa da, hələlik onun şəxsiyyətini tam dəqiqiləşdirmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda dəhşətli qətl: qadının başına torba keçirib boğdular

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.