Ölkə

Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin məhkəməsinin vaxtı MƏLUM OLDU

25 Fevral 2017 11:37
1 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmənin başlama vaxtı məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin şikayəti üzrə məhkəmənin baxış iclası martın 1-nə təyin edilib. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsində həmin şəxslərin şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Həmin vaxt təqsirləndirilən şəxslərin vəkilləri məhkəmənin istintaqla aparılması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib. Bundan sonra vəkillər həmin qərardan kassasiya şikayəti veriblər. Lakin Ali Məhkəmə əvvəlki instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb və iş baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R.Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbail rayon Məhkəməsinin ötən il mayın 31-də çıxardığı hökmlə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.