Ölkə

Həyat yoldaşını döyərək öldürən şəxsin məhkəməsi başladı

24 Fevral 2017 16:15
3 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını döyərək öldürməkdə təqsirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, zərərçəkmiş tərəfin vəkili cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. İclas martın 3-dək təxirə salınıb.

İttihama görə, 2016-cı ilin oktyabr ayında Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən mənzildə yaşayan Dilarə Hüseynova açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, N.Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Döyülərək öldürülən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Onların 6 və 9 yaşlarında övladları var. N.Əkbərzadə isə Moskvada ticarətlə məşğul olurmuş.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.