Ölkə

Qanuna tikinti ilə bağlı dəyişiklik: 2 AY VAXT VERİLDİ

24 Fevral 2017 11:57
0 Şərh     Baxış: 2 154

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik qüvvəyə minib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, prezident İlham Əliyevin dəyişiklikləri təsdiq etməsi ilə bağlı sənəd bu gün "Azərbaycan" qəzetində dərc edilib və dəyişiklik qüvvəyə minib.

Dəyişiklik qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində edilib və həmin cümlə aşağıdakı formada təsdiqlənib: "İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqanlar və elmi təşkilat tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir".

Qeyd edək ki, dəyişiklikdən əvvəl 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsi bu formada idi: "İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması
İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər".
Beləliklə müvafiq təşkilatlar qarşısında bu kimi hallarda rəy verilməsi üçün konkret vaxt müəyyənləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.