Ölkə

"Elcanın vəziyyəti yaxşıdır, sabah evə buraxılacaq" - Baş həkim

24 Fevral 2017 10:57
7 Şərh     Baxış: 2 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lerikin Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən qar uçqunundan sağ çıxmış azyaşlı Elcanın vəziyyəti normaldır".

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib . O bildirib ki, uşağın daxili orqanları və sinir sistemində hər hansı patologiya aşkarlanmayıb.

"Uşaq gecəni rahat şəkildə keçirib. Yüngül hematoması var idi. O da sovrulub gedib. Atası evə aparmaq istəyirdi, qoymadım. Yəqin ki, sabah Elcanı evə buraxacağıq".

Qeyd edək ki, dünən Lerik rayonunun Orand kənd bələdiyyəsi sədrinin atası Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib. Evdə bələdiyyə sədri Hamil Mustafayevin həyat yoldaşı, uşaqları və anası olub. Qardaşı və onun yoldaşı evdə olmadığından Elcanı onların yanında qoyublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.