Ölkə

Fındıq bağlarında YANĞIN

23 Fevral 2017 16:01
1 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala rayonunda yeni salınmış fındıq bağlarında yanğın olub.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-ya verilən məlumata görə, bu gün günorta saatlarında  rayonun Muğanlı və Qandax kənd inzibati ərazilərində kənd bələdiyyəsinə məxsus, yeni salınmış fındıq bağlarında yanğın qeydə alınıb.
 
Hadisə yerlərinə  FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Muğanlı kəndindəki yanğın nəticəsində 4 hektar ərazidə əkilmiş 400 yaxın fındıq tingindən 100-ü, Qandax kəndində isə 2 hektar ərazidə əkilən 200 fındıq tingi yanıb. 
 
Yanğının genişlənərək digər sahələrə keçməsinin qarşısı alınıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.