Ölkə

Bələdiyyə sədrinin atası evini qar uçurdu - 4 ÖLÜ - YENİLƏNİB - VİDEO - FOTO

23 Fevral 2017 17:58
17 Şərh     Baxış: 9 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:58

Bu gün günorta saatlarında Lerik rayonunda qar uçqunu baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Orand kəndində qeydə alınıb. Qar topasının kənd sakini Mustafayev Əhliman Həbibulla oğlunun evinin üstünə düşməsi bədbəxt hadisəyə səbəb olub. Evin uçması nəticəsində ev sahibinin həyat yoldaşı - 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini - 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Mustafayevin həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə baş verən anda evdə olanlardan ikisi çətinliklə də olsa xilas edilə bilib.

ARB TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, xilasetmə qrupu, həkim briqadası, rayon rəhbərliyi, icra hakimiyyətinin başçısı hadisə yerinə yollanıblar. Kənd rayon mərkəzindən 17-18 km aralıda yerləşir. Dağlıq ərazidədir və orada hündür, qalın qar örtüyü var. Xüsusi texnika vasitəsilə yol təmizləndikdən sonra maşınlar ora doğru hərəkət edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Bələdiyyə sədrinin atası evini qar uçurdu

---------

15:22

Lerikin Orand kəndində baş verən qar uçqununda sağ çıxmış azyaşlı uşağa yardım etmək üçün iki təcili yardım briqadası ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Səhiyyə Nazirliyindən məlumat verilb.

Bildirilib ki, hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir: "İlkin məlumata görə, 4 nəfər uçqunun altında qalaraq dünyasını dəyişib. Sadəcə, bir azyaşlı uşağı xilas etmək mümkün olub. Uşağın vəziyyəti ağırdır. Qonşu kənddən gələn həkim ona ilkin tibbi yardım göstərib. 10 dəqiqəyə təcili yardım briqadası hadisə yerinə çatacaq".

Qeyd edək ki, bu gün Lerik rayonunun Orand kəndində qar uçqunu olub. Qar yığını kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşüb. Hadisə nəticəsində ev sahibi Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi ölüb. Bir azyaşlı isə xəsarət alıb.

-----------

14:01

Lerik rayonunda qar uçqunu baş verib.

Lerik Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Orat kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qalıb.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir uşağı sağ xilas etsələr də, həmin uşaq da aldığı xəsarətlər nəticəsində ölüb.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin atası Ə.Mustafayevə məxsusdur.

------

13:22

Lerik rayonunda qar uçqunu baş verib.
 
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb. 
 
Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 körpə nəvəsi ölüb.

-----------

13:13

Lerik rayonunda qar uçqunu baş verib.

Milli.Az xəbər verir ki, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

Qar yığınının evin üzərinə düşməsi nəticəsində ev uçub. Bir ailənin dörd üzvü həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.