Ölkə

Camaatın malına susamışdılar - Dəstə ilə tutuldular - VİDEO - FOTO

23 Fevral 2017 13:48
0 Şərh     Baxış: 3 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Badamdar qəsəbəsində silsilə oğurluqlar etməkdə şübhəli bilinən mütəşəkkil dəstənin üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə,  Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının zərərçəkən vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Badamdar qəsəbəsində evləri qarət etməkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri - Ağarəhim Əliyev, Cavid İsazadə, Təhməz Əsgərov, Mənsur Məmmədov, Orxan Quliyev, Rişan Bayramov, Nicat Əliyev və Camal Heydərov tutulublar.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar Badamdar qəsəbəsində 10 mənzil və 1 mağazadan qızıl-zinət, məişət əşyaları və pul oğurlamaqla zərərçəkənlərə külli miqdarda ziyan vurublar.

Qeyd edək ki, saxlanılan şəxslər oğurluq edəcəkləri mənzillərin yerini əvvəlcədən müəyyən ediblər. Bir neçə evdən oğurluq etmək təklifi isə dəstə üzvü Orxan Quliyevdən gəlib. O, gecə evdə olmayan qonşuları barədə digər dəstə üzvlərinə qabaqcadan məlumat verib.

Göstərilən faktlarla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Camaatın malına susamışdılar - Dəstə ilə tutuldular

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.