Ölkə

İlk Günəş tutulmasının baş verəcəyi gün AÇIQLANDI

23 Fevral 2017 12:52
0 Şərh     Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 26-da bu ilin ilk Günəş tutulması hadisəsi baş verəcək.

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, proses saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.
 
Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsi baş verəcək. İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsi yoxdur və adi astronomik hadisədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.