Ölkə

Kamran Əliyev: "Qış imtahan sessiyası ilə əlaqədar müraciətlər daxil olub"

23 Fevral 2017 12:30
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Universitet və kolleclərdə keçirilən 2017-ci ilin qış imtahan sessiyası ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub".

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, bu istiqamətdə araşdırmalar aparılır: "Araşdırmalar zamanı görsək ki, həmin müraciətlər realdır və qanunvericiliyin tələblərinə uyğundur, o zaman tədbir görüləcək. Bir neçə gün öncə Gəncə şəhərində yerləşən Gəncə Musiqi Kollecində tələbələrdən müsbət qiymətlərin alınması üçün pul yığılması barədə daxil olmuş müraciətə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxıldı və tədbir görüldü".

K.Əliyev qeyd edib ki, digər sahələr üzrə də idarəyə şikayətlər daxil olub: "Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumatları ildə iki dəfə açıqlayır. Bizə daxil olan məlumatlar diqqətlə araşdırılır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.