Ölkə

Masallı sakini intihar etdi

23 Fevral 2017 10:03
0 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı rayonunda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Masallı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Köhnə Alvadı kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Vəliyev Şəmsəddin Abbas oğlu özünü yaşadığı evin həyətində ağacdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.