Ölkə

Şairəni maşınla vurub öldürən sürücü tutuldu - YENİLƏNİB - VİDEO - FOTO

23 Fevral 2017 10:19
3 Şərh     Baxış: 4 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:19

Ötən gecə Lənkəranın Liman şəhərində piyadanı vurub qaçan sürücünün kimliyi məlum olub.
 
APA-nın verdiyi məlumata görə, hadisəni törədən şəxsin Masallının Müsəküçə kənd sakini, 1958-ci il təvəllüdlü Bağır Məmmədhəsən oğlu Həsənov olduğu müəyyənləşib. O, idarə etdiyi "VAZ-21099"  markalı avtomaşınla piyadanı vuraraq hadisə yerindən qaçıb. B. Həsənov saxlanılıb.
 -------

09:17

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Xəbər verdiyimiz kimi, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.

D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dəstəgül Zamanlı (Şəmiyeva) şairə olub. Sosial şəbəkədə dostlarının yaydığı məlumatda qeyd olunur ki, sürücü hadisə yerindən qaçıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Şairəni maşınla vurub öldürən sürücü tutuldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.