Ölkə

Tanınmış ekspert mobil operatorları tənqid etdi: Tarifləri dəyişməlidirlər

22 Fevral 2017 18:37
0 Şərh     Baxış: 5 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil operatorlar danışıq və mobil internet tariflərinə yenidən nəzər salmalıdırlar.

Milli.Az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, mobil operatorların gəlirləri azaldıqca bəziləri yeni üsullara əl atırlar: "Hansısa metodla digər operatorun "yağlı" müştərilərinin siyahısı ələ keçirilir və onlara sərfəli təkliflər göndərilir. Bir operatorda 30 - 50 manat aylıq ödəniş edən müştəriyə digər mobil operator həmin nömrənin daşınması ilə aylıq 15 manat (12 saat danışıq + 5Gb internet + 500 SMS) təklif edir. Belə baxanda pis təklif də deyil.

Yeri gəlmişkən, düşünürəm ki, mobil operatorların danışıq və mobil internet tariflərinə yenidən nəzər salması, xüsusilə də mobil internetin keyfiyyətinə diqqət yetirməsi çox vacibdir".

AİF prezidentinin fikrincə, son dövrlərdə bu sahədə vəziyyət xeyli pisləşib: "Nəqliyyat, rabitə və Yüksək Texnlogiyalar Nazirliyi də bu sahəyə nəzarəti, demək olar ki, xeyli zəiflədib. Operatorların bəkbon provayderlərdən aldığı internetin həcmi ilə özlərinin elan etdiyi müştərilərinin sayına nisbətini müqayisə edəndə keyfiyyət göstəricisinin necə olduğunu asanlıqla müəyyən etmək olur".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.