Ölkə

Elektron "çobanlar" iş başında - VİDEO

22 Fevral 2017 14:25
1 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elektron çoban" insanları əvəz edir.

Milli.Az bildirir ki, baku.ws-in Space TV-yə istinadən verdiyi xəbərdə bildirilir ki, zaman keçdikcə artıq müxtəlif işlərdə insan əməyinə ehtiyac qalmayıb. Müasir texnologiyanın inkişafi artıq qoyunların da elektron üsulla otarılmasına imkan verir. Elektron çobanın xidmətindən istifadə edərək fermerlər rahatlıqla digər işləri ilə məşğul  ola bilərlər. Bu qurğunun sayəsində isə mal-qara otlaq sahələrində təhlükəsiz şəkildə otlayırlar. 

Kənd sakinlərinin öz icadları olan "elektron çoban" məftildən və elektrik cərəyanı ötürən qurğudan ibarətdir. Ərazini əhatə edən məftillər zəif elektrik enerjisi  ilə təmnin olunur. Bu məftilə toxunan heyvanı elektrik vurur, nəticədə də heyvan qorxaraq geriyə qayıdır. Onu da qeyd edək ki, bu zaman heyvanlara heç bir zərər toxunmur.
 
Aran rayonlarında çox tətbiq edilən bu qurğununu necə işlədiyi haqda videonu təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda elektron çobanlar fəaliyyətə başlayır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.