Ölkə

Zərifə Salahova: "Mehriban Əliyeva Azərbaycan üçün daha böyük işlər görəcək"

21 Fevral 2017 17:52
Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi təqdirəlayiq addımdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova deyib.

Onun sözlərinə görə, Mehriban Əliyeva bu vaxta qədər Azərbaycanın inkişafı, dünyada tanınması üçün xeyli iş görüb:

"Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanı dünyaya tanıtdırıb. O, Azərbaycanın inkişafı, Azərbaycan mədəniyyətinin zənginliyinin dünyaya çatdırılması üçün yorulmadan fəaliyyət göstərib. Biz Mehriban xanımın yeni vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə və Azərbaycan üçün daha böyük işlər görəcəyinə əminik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.