Ölkə

"Lökbatan" dairəsi tanınmaz oldu - Nəqliyyat sistemində dəyişiklik - VİDEO - FOTO

21 Fevral 2017 12:22
0 Şərh     Baxış: 8 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi (BNA) yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan "HUBlar konsepsiyası" çərçivəsində daha bir layihəni uğurla reallaşdırıb. Söhbət "Lökbatan" dairəsi ətrafında Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) yaradılmasından gedir.

BNA-dan Milli.Az-a verilən məlumata görə, mərkəzin yaradılmasında məqsəd paytaxtın cənub qapısında keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelini formalaşdırmaqdır.

Gün ərzində Qaradağ rayonunun qəsəbələrindən və şəhərin mərkəzindən müntəzəm sərnişindaşıma xidməti göstərən 14 marşrut üzrə 70-80 ədəd orta və iritutumlu avtobusun daxil olduğu Lökbatan NMM-də sərnişinlərin rahatlığı nəzərə alınaraq 5 dayanacaq pavilyonu quraşdırılıb.

"Lökbatan" NMM-nin yaradılmasını şərtləndirən digər vacib məqam isə dairə yaxınlığından müəyyən intervallarla ölkənin müxtəlif şəhər və rayonlarına ümumilikdə 50-60 ədəd kiçik və iritutumlu avtobusların hərəkət etməsi, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sərnişindaşıma xidməti göstərməsidir. Bununla yanaşı, "Lökbatan" dairəsi istiqamətində müntəzəm sərnişindaşıma xidməti göstərən müxətlif növ nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradırdı. Xüsusilə yol kənarında dayanacaq və gözləmə məntəqələrinin olmaması səbəbindən vətəndaşlar avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanırdılar. Belə olduğu halda, avtobus və taksilər sərnişinlərin minib-düşməsinə ciddi təhlükə yaratmaqla bərabər, günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdular.

Videonu izləmək üçün şəklə klikləyin:

Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.