Ölkə

Xaçmazda DƏHŞƏT: Ata uşaqlarına görə özünü oda atdı - YENİLƏNİB - VİDEO - FOTO

20 Fevral 2017 13:05
7 Şərh     Baxış: 4 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:05

Bu gün səhər saatlarında Xaçmazın Üçgünqışlaq kəndində yanğın baş verib.

Milli.Az ARB Şimal-a istinadən xəbər verir ki, Nahid Abdullayevə məxsus birmərtəbəli, iki otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Nahid Abdullayev həyat yoldaşı və iki azyaşlı uşağını evdən çıxararkən yanıq xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, müvafiq tibbi yardım göstərilib.

Hadisə yerinə Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının ətraf ərazilərə keçməsinin qaşısı alınıb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

----------

11:19

Xaçmaz rayonunda ev yanıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, rayonun Üçgünqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndin yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Xaçmazda DƏHŞƏT: Ata uşaqlarına görə özünü oda atdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.