Ölkə

Bakıda "Təcili yardım" xəstəni aparmadı - Qız öldü

17 Fevral 2017 17:23
23 Şərh     Baxış: 5 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonunda "Təcili yardım" həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb.

Milli.Az xəbər verir ki, bu barədə report-a mərhumun valideynləri məlumat verib.

Belə ki, Zirə qəsəbəsində 1993-cü il təvəllüdlü Mailova Məlhəm Heybət qızı qan təzyiqinin aşağı düşməsi səbəbindən "Təcili yardım" xidmətinə müraciət edib. M.Mailovanın çağırışına gecikən "Təcili yardım" xidmətinin həkimi ona iynə (əzələdaxili inyeksiya) vurub. Bu isə əks təsir göstərib.

M.Mailovanın halının kəskin dəyişdiyini görən valideynləri həkimdən gənc qızı xəstəxanaya aparılmasını tələb ediblər. Ancaq "Təcili yardım" xidmətinin həkimi bundan boyun qaçırıb. Nəticədə M.Mailova ölüb.

Gənc qızın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, "Təcili yardım" xidmətinin həkimi Həkim Məsləhət Komissiyasına çağırılıb: "Onun rəyi alınacaq. Faktla bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq və o, işdən azad olunub məsuliyyətə cəlb ediləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.