Ölkə

Alim Qasımov adını sonradan dəyişib - ETİRAF

17 Fevral 2017 17:16
3 Şərh     Baxış: 3 106

Ustad xanəndə, xalq artisti Alim Qasımovla bağlı maraqlı fakt üzə çıxıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, sənətkar uşaqlıq illərində başqa bir adı daşıyıb. Bu barədə əməkdaşımızla söhbətində Alim Qasımov məlumatı təsdiqləyib:

"Bəli, uşaqlıqda adım Pənah olub. Sonradan xəstələnmişəm. Orada bir qadın deyib ki, mənim oğlumun adı Alimdir, siz də Alim qoyun. Amma bu, xəstələndiyimə görə olmayıb. Qohum-qonşuda Pənah adına oxşar adlar olub. Onlar deyiblər ki, bu adı bizim ada oxşatmısız, narazılıq ediblər. Valideynlərim də məcbur qalıb, adımı dəyişiblər".

"Alim adı sizə daha doğmadır, yoxsa Pənah" sualına sənətkar zarafatla belə cavab verib:

"Qulağım öz adımı Alim eşidib də. Ona görə də bu ad daha doğmadır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    $.$.$. · 17 Fevral 17:1960

    sadə insan Alim Qasimov

    Cavab yaz
  • Anonim
    Baku · 17 Fevral 17:2760

    Hee.Allah can sagligi versin

    Cavab yaz
  • Anonim
    Sh · 17 Fevral 20:5920

    Allah onu Azerbaycan xalqina cox gormesin. Onun kimi senetkar barmaqla sayilasi qeder qalib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.