Ölkə

"BakuBus" dilə gəldi - Bunlar ürək ağrıdan mənzərədir - FOTO

17 Fevral 2017 15:50
19 Şərh     Baxış: 3 604

Tez-tez təmizlənən yer  yox, təmiz saxlanılan yer təmiz olar

İctimai nəqliyyatda istifadə olunan avtobusların təhlükəsizliyi və rahatlığı təkcə avtobusların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür, xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz saxlanılması vacib şərtlərdən hesab olunur. Nəzərə alsaq ki, bir avtobusdan gün ərzində yüzlərlə, hətta minlərlə sərnişin istifadə edir və bunların içərisində çirkli əşyalarla avtobusa daxil olan sərnişinlərlə yanaşı, müxtəlif xəstəliklərin daşıyıcısı olan sərnişinlərlə də var, o zaman avtobusların təmizliyinin aktuallığı və əhəmiyyəti bir daha göz önündə qabarıq şəkildə canlanır.

Heç kimə sirr deyil ki, "BakuBus"un avtobusları bu baxımdan paytaxtın avtobus sərnişin daşınması nəqliyyatında müsbət mənada seçilir. Belə ki, "BakuBus" avtobuslarında hər gün qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra mərhələli şəkildə xarici və daxili yuyulma işləri aparılır. Lakin avtobusların təmizliyi və sərnişindaşıma fəaliyyəti zamanı salonun təmiz qalması həm də gün ərzində ondan istifadə edən minlərlə sərnişinin avtobusa daxil olarkən təmizliyə riayət etmələri ilə də sıx şəkildə bağlıdır.

Amma... Gerçəklik budur ki, vaxtilə avtobusların və oradakı sürücü xidmətinin bərbad vəziyyətindən şikayətlənən sərnişinlərimiz indi onlara təqdim edilən rahat və keyfiyyətli avtobus xidmətinin qədrini bilmirlər. Bu, azmış kimi, hətta bu gözəlliyə xələl gətirməyə, hətta onu məhv etməyə çalışırlar.

Məsələ ilə bağlı sorğumuzu cavablandıran "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev belə faktların, həqiqətən də, baş verdiyini təsdiqləyib:

"Son vaxtlar xidməti başa vurub marşrut xəttindən qaraja qayıdan avtobusun salonuna diqqət yetirərkən heyrətlənməmək, təəssüf hissi keçirməmək mümkün deyil. Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən daha nələr aşkar olunmur?! Müxtəlif növ məişət tullantıları - salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları və s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir. Təbii ki, bununla bağlı olaraq araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən  sərnişinlərin kimliyi aşkar olunub. Məlumat üçün deyim ki, həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcəkdir".

   

Şöbə müdiri xahiş edir ki, sərnişinlər "BakuBus" avtobuslarının xidmətlərindən istifadə edərkən digərlərinin təmizlik qaydalarına riayət edilməməsinə hallarına yol verildiyini gördüyü zaman dərhal şirkətin *4242 nömrəli "qaynar xətt"inə müraciət esinlər: "Unutmayaq ki, sərnişindaşıma xidmətinin keyfiyyətli və rahat şəkildə təmin olunması daşıyıcı şirkətlə yanaşı, həm də sərnişinlərdən asılıdır. İctimai nəqliyyatın təmiz saxlanılması doğma şəhərimizdə çoxdan arzuladığımız ictimai nəqliyyatın  təhlükəsiz istismar olunmasınmasına və ümumi marağa xidmət edəcəkdir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Nigar · 17 Fevral 15:5460

    Ayrı vaxt hamı təmizkarlıqdan danışır....

    Cavab yaz
  • Anonim
    MPC · 17 Fevral 15:5733

    Bura Azərbaycandır.Belə də olmalı idi.Hələ gecikiblər

    Cavab yaz
    • Anonim
      Ağdamlı · 17 Fevral 16:5710

      MPC niyə elə deyirsən axı hamı elə deyil 1 sən özün eləsən dostum Xahiş edirəm bir adama görə hamını təhqir etməyin

      Cavab yaz
  • Anonim
    Əbdül Əziz · 17 Fevral 16:0470

    Salam olsun ozunu tAniyan insanlara. !!mən bir soz deyib aradan cekilenlerden olacam.....oda bu demekdir anlayan anlayar...it itliginle oturduqu yeri quyruqu ile temizleyib oturur....

    Cavab yaz
  • Anonim
    Emi · 17 Fevral 16:0690

    Kamera,cerime,,qinaqla medeniyyetsizlere qarsi mubarize aparsalar da,hec bir effekti olmayacaq .Cunki qorxu ile edeb olmaz,edeb-erkan canda-qanda olmalidur.

    Cavab yaz
  • Anonim
    Habil · 17 Fevral 16:0840

    Ailə tərbiyəsi yoxdu neynəmək olar

    Cavab yaz
  • Anonim
    bakili anar · 17 Fevral 16:0910

    heyvan bele hereket elemir

    Cavab yaz
  • Anonim
    Haq · 17 Fevral 16:2010

    Dehşet .dehşet

    Cavab yaz
  • Anonim
    Sinan · 17 Fevral 16:4710

    Kameralar var araşdırın.Oturacaqları yararsız hala salanları məhkəməyə verin.Canı çıxsın vurduğu zərəri ödəsin.Zibil atanlarıda cərimələyin!

    Cavab yaz
  • Anonim
    Z.A · 17 Fevral 16:4810

    Madaniyatin hec M harfi da yoxdu bularda.

    Cavab yaz
  • Anonim
    svinc · 17 Fevral 16:5200

    Insanligi yoxdu bele zibilik yaradanin.ayib olsun

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 17 Fevral 16:5520

    Gul kimi rahat avtobuslardi. Yayda serinliyi. Qiwda istiliyi, icerisi de ter temiz olur. Nolar axi zibillemeyin. Orani temizleyenler eziyyet cekir axi. Yeqin beleleri evde de zibili yere atirlar. Pintiler.

    Cavab yaz
  • Anonim
    az. · 17 Fevral 18:1210

    Zibilliyəni tutub ,bir ay pulsuz zibil maşınında islədsinlər

    Cavab yaz
  • Anonim
    te · 17 Fevral 18:4610

    Bu menzere bizim "vetenperverliyimizin" gostericisidir.Ereblerden bir ferqimiz yoxdu .

    Cavab yaz
  • Anonim
    Xəzər · 17 Fevral 19:1000

    Bunları cəzalandırmaq lazımdır ki başqalarına dərs olsun.

    Cavab yaz
  • Anonim
    S · 17 Fevral 19:3401

    Biz millete Ne edirlerse cox yaxsi edirler cunku biz vesiyik medeniyetsizik

    Cavab yaz
    • Anonim
      Sinan · 17 Fevral 21:3200

      Millətin adından danışma. Hardan bilirsən bunu hansı millətin nümayəndəsi edib? Birdə bu avtobusların işini qısqananlarında işi ola bilər.

      Cavab yaz
      • Anonim
        Leyla · 18 Fevral 00:2800

        Yooox artiq kime laziimdi avtobusu qisqanmaq camatin derdi seri qutarib day

        Cavab yaz
      • Anonim
        Leyla · 18 Fevral 00:3000

        Her yerde necede olmasa medeniyetimizi gosteririk axi biz azeriyik

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.