Ölkə

"28 Mall" ticarət mərkəzi bağlandı - SƏBƏB - YENİLƏNİB - FOTO

17 Fevral 2017 18:21
1 Şərh     Baxış: 16 493

18:21

 "28 Mall" ticarət mərkəzində elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb.

Milli.Az xəbər verir ki, ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən report-a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan iaşə obyektinə elektrik enerjisinin verilişi dayandırılıb.

Buna səbəb ticarət mərkəzinin yüksək gərginlikli elektrik xətlərində nasazlıq yaranması olub. "Hazırda "28 Mall" bağlıdır. "Elektrik xətlərinin təmiri üçün yeni detallar gətiriləcək. Yaxın saatlarda təmir bitdikdən sonra ticarət mərkəzinə girişə məhdudiyyət aradan qaldırılacaq", - ticarət mərkəzindən bildirilib.

---------

16:06

Bu gün səhər saatlarından etibarən "28 mall" ticarət mərkəzinin işıqları yanmır.

Bu səbəbdən alıcılar "28 mall"un içinə daxil ola bilmirlər.

Milli.Az bildirir ki, qafqazinfo məsələ ilə əlaqədar "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O qeyd edib ki, problemdən xəbərdardır: "İşığın olmamasının bizimlə əlaqəsi yoxdur. Ticarət mərkəzinin öz daxili işıq xətlərində qəza baş verib. Ona görə də "28 mall" rəhbərliyi problemin aradan qaldırılması üçün bizə müraciət edib. Hazırda əməkdaşlarımız ordadır və qəzanın aradan qaldırılması üçün çalışırlar".

----------

15:22

Metronun "28 may" stansiyasının yaxınlığında yerləşən "28 Mall" ticarət mərkəzinin qapıları bağlanıb. Hazırda ticarət mərkəzinin qapılarında izdiham yaşanır.

İşçilərin Milli.Az-a bildirdiklərinə görə, ticarət mərkəzinin işıqları sönüb.

İşıqlar söndüyünə görə alıcılar da içəri buraxılmır. Mühafizəçilər bildiriblər ki, mərkəz axşam saat 18:00-dan sonra açılacaq.

Hələlik ticarət mərkəzinin rəsmilərindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb. 

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    werhci · 17 Fevral 15:52101

    28 Mall' I hec sevmirem paltarlari mene Memi'ni xarirladir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.