Ölkə

Bəzi nəqliyyat vasitələri hərəkətə maneə törədir, tıxac yaradır - FOTO

17 Fevral 2017 12:56
0 Şərh     Baxış: 1 147

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq "Azəravtoyol" ASC gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.

Qurumdan Milli.Az-a verilən məlumata görə, "Azəravtoyol" ASC-nin əməkdaşları gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

Cəmiyyətə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları  nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

Qurum tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində qısa müddət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda "Azəravtoyl" ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır.

"Azəravtoyol" ASC-nin  yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində  gördüyü işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəb olublar. Üstəlik texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də  bu cür hazırlıqsız sürücülərin yollara çıxmaları tövsiyə edilmir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.