Ölkə

Qarlı hava nə vaxtadək davam edəcək?

17 Fevral 2017 10:15
14 Şərh     Baxış: 7 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək".

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O vurğulayıb ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir: "Hazırda həm bölgələrdə, həm də paytaxtda qar yağır. Belə hava şəraiti fevral ayının 18-dək davam edəcək".
G.Məmmədova qeyd edib ki, hazırda ölkə ərazisində arabir güclənən şimal küləyi əsir: "Küləyin axşama doğru mülayimləşəcəyi gözlənilir".
O qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.