Ölkə

Xaçmazda maraqlı ideya: nömrələdilər, xilasedicilərin işini asanlaşdırdılar - VİDEO - FOTO

16 Fevral 2017 15:35
0 Şərh     Baxış: 2 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təcili yardımın və yanğınsöndürənlərin işi rahatlaşıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Xaçmazın Qoçaqlı kəndində sakinlərdən birinə məxsus olan ideya hamı tərəfindən maraqla qarşılanıb. 

Bu kəndə daxil olduğunuz andan etibarən 1-dən 7-yə kimi küçə adları ilə qarşılaşırsınız. Küçələri fərqləndirmək üçün müvafiq nişanlar da qoyulur. 3 il öncə edilən nümunəvi addımla kənd sakinlərinin işləri də asanlaşıb. Onlar hamıya evlərinin kəndin hansı hissəsində yerləşdiyini rahat deyə bilirlər.

Şahlar Kamilov (sakin): "Qonaq gələndə evi rahat tapmaq üçün hansı küçədə yaşadığımızı deyirik. Təcili yardım və yanğınsöndürənlərin də xüsusən rahat gəlib çatması üçün bu addım atılıb".

Küçələrin adlandırılması zamanı yerləşdirilmə ardıcıllığı əsas götürülüb. Bu küçələrdən ən böyüyü 7-incisidir. Kənddəki 11 əsas küçədən 7-si adlandırılıb. Qalanlarının adlandırılması bu ilə nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Xaçmazda maraqlı ideya: nömrələdilər, xilasedicilərin işini asanlaşdırdılar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.