Ölkə

Bir sevgi hekayəsi - VİDEO - FOTO

15 Fevral 2017 14:24
8 Şərh     Baxış: 2 796

Belə bir deyim var ki, sevgi nişanlandıqdan və ya ailə həyatı qurduqdan sonra bitir. Amma bunun yalnış fikir olduğunu sübut edənlər də var.

ARB 24-ün hazırladığı reportajda bu suala açıq-aydın cavab tapmaq mümkündür:

Gəncədə yaşayan bu mehriban cütlüyün bir-birinə olan eşqi sərhəd tanımır. 27 yaşlı Namaz və onun yaşıdı olan nişanlısı Fatma fiziki məhdudiyyətlidirlər.

Namaz Namazov: "Məni bir tədbirə qonaq kimi çağırmışdılar. Orada gördüm. Amma heç nə deməmişdim. Qismətdir. Sonradan böyüklər gəlib məsləhət gördülər. Bildim ki, odur".

Fatma Babayeva: "O vaxtdan istəyirmiş, amma deməyib ki, birdən "yox" deyərəm. Elə təsadüfən anası məni görüb, gəlib istədilər. Ad günümdə "hə"ni aldılar. 1-2 həftə sonra üzük taxıldı".

1-ci qrup əlil olan Fatma Babayevanın anadangəlmə yeriməsində qüsürü var. 7 yaşına qədər uşaq evində qalsa da, sonradan  tale onun üzünə gülür. Gəncə şəhərindən bir ailə onu övladlığa götürür. Fatma sağlamlıq imkanlarından məhdud olmasına baxmayaq gözəl xalça toxumağı da bacarır.

Namaz da 1-ci qrup əlildir. O da bacarıqlarına görə nişanlısından geri qalmır. 27 yaşlı gənc Gəncə şəhərində pauerliftinqlə məşğuldur. Namaz Azərbaycan və Avropa çempionudur.

Bu gün qəhrəmanlarım kimi Gəncə şəhərində 2 mindən artıq sağlamlıq imkanlarından məhdud olan uşaqlar var. Gəlin gəncliyimizə, onların könül dünyasına, məhəbbət aləminə biganə qalmayaq.

Videonu izləmək üçün şəklə klikləyin:

Fiziki qüsurlu ailənin sevgi hekayəsi

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Sol-naz · 15 Fevral 14:4220

    Allah xoşbext etsin sizleri,yer üzünün günahsız bendeleri.qoy sevginiz elil olmasın

    Cavab yaz
  • Anonim
    Sun · 15 Fevral 15:0530

    Allah xowbext elesin.Her ikisinde mesumluq,safliq var, inaniram onlarin cox gozel ailesi olacaq.Fiziki qusuru olmayanlar bezi muasir gencler her hediyyeni beyenmirler,qizlara o toxunma gulleri bagiwlasaydilar bir hengame cixarardilar,gulu belke de alib oglanin bawina cirpardilar. Men defelerle bele insanlarin en xirda hediyyelere,belke de fiziki insanlarin hec ehemiyyet vermedikleri neyese nece sevindiklerinin wahidi olmuwam.Onlarin bir bawqa dunyalari olur,onlar dunyaya bawqa gozle baxirlar,hadiselerin bizin gormediyimiz tereflerin gorurler.Inwaallah saglam balalari olar.

    Cavab yaz
  • Anonim
    Ayka · 15 Fevral 15:1200

    Allah sizin balanizi saxlasin.

    Cavab yaz
  • Anonim
    asi · 15 Fevral 15:4730

    ❤-lər qüsursuz olandan sonra fiziki qüsur heç bir sevgiyə əngəl ola bilməz...Xoşbəxtlikləri bir ömür boyu olsun..

    Cavab yaz
  • Anonim
    .... · 15 Fevral 16:5560

    Allah sizleri qorusun.Bütün semimi qelbden sevenleri qorusun.Sevginiz hec vaxt azalmasin.Menim de sevgi hekayem cetin olub.Amma axirda qovusmusuq bir-birimize.Biz bir-birimizi 3il istedik.Sonra evlenmeyi qerara aldiq.Yoldasimin ailesi bize elciliye geldiler.Biz de razilasdiq.Sonra seheri gunu gece saatlarinda yoldasim masinla qeza toretdi.Veziyyeti cox ağır idi.Men de tibb bacisi isleyirdim.Yoldasimi tesadüfen eyni xestexanaya getirmisdiler.Seheri yoldasimin qohumlarini reanimasiyanin qabaginda gorende heyecanlandım.Heç aglima bele gelmezdi ki,reanimasiya da yatan o olar.Sonra bir teher mene dediler.Reanimasiya da onu o veziyyetde gorende ozumu itirdim.Hekimler dediler ki,qusurlu qalacaq.Ancaq men ondan vazgecmedim.Bugüne kimi de aileliyem ve onu cox sevirem.2 dene de gül kimi balalarim var.Xahis edirem sevginizi hec vaxt hec neye deyismeyin.Dünya mali üçün sevdiyinizi atmayın.

    Cavab yaz
  • Anonim
    .... · 15 Fevral 17:3300

    Serhimi verin zehmet olmasa.

    Cavab yaz
  • Anonim
    Aysel · 15 Fevral 23:2400

    Kovreldim. Allah xosbext etsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.