Ölkə

İnsanlar o parka istirahətə gəlirlər, biz isə oraya nifrətlə baxırıq

14 Fevral 2017 13:22
1 Şərh     Baxış: 49 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayon sakini Milli.Az-a müraciət edərək yaşadıqları ərazidəki parkdakı hovuzların onların evlərinə və həyatlarına təhlükə törətməsindən, müraciət etmələrinə baxmayaraq, müvafiq qurumların fəaliyyətsizliyindən şikayət ediblər:

"Biz düz Binəqədi Rayon İcra Hakimiyyəti binasının yanında yaşayırıq. O bina ilə bizim evin arasında park yerləşir. Adı dillərə dastan park. O park ki, bizim həyatımızı hər dəqiqə sual altında qoyur. İnanın, gecələr yata bilmirik. Park istifadəyə verilən ildən bu yana evlərimizin altı su ilə dolub və hər dəqiqə uçma təhlükəsi ilə qorxu içində yaşayırıq. Parkın səlalə tipli su hovuzlarının düzgün quraşdırılmadığını Binəqədi Rayon İcra Hakimiyyətində bilirlər, çünki bəlkə də 100 dəfə şikayət etmişik. Amma parkın gözəlliyini pozmağa ürəkləri gəlmir ki, təmir işləri aparsınlar. Dəfələrlə şikayət etsək də, qulaqardına vurulur. Yəqin, gözləyirlər ki, faciə baş versin, sonra da yanan 16 mərtəbəli bina kimi sadəcə başsağlığı versinlər. İnanın, Allaha and olsun, hər gecə-gündüz dua etməkdən başqa əlacımız qalmayıb. Allah bizi qorusun. Neçə ildir ki, insanlar o parka istirahətə gəlirlər, biz isə o parka nifrətlə baxırıq. İnsan həyatı bu məmurlara beləmi ucuz görünür?"

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.