Ölkə

"Ciyəri yanan"a - qumar: 5 üstəgəl 4 - FOTO

11 Fevral 2017 12:26
0 Şərh     Baxış: 2 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qumarxana, totalizator, qanunsuz pul uduşu oyunları keçirilən obyektlərin və bu tipli əyləncə mərkəzlərinin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanları tərəfindən mütəmadi olaraq məqsədyönlü şəkildə kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən çay evlərindən birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən obyektdə qumar oyunları təşkil edən Bakı şəhər sakini Əfsun Əhmədli, Xaçmaz rayon sakinləri - Çingiz Balakişiyev, onun qardaşı Balaqardaş, Fərid Şeydayev və Şəhriyar Vələdov saxlanılıblar. Həmçinin həmin obyektdə qumar oynayan daha 4 vətəndaş müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman qumar oyunlarına qoyulan pul vəsaiti, uduşlu kuponlar, "poker" oyun kartları,  lotereyada istifadə olunan avadanlıq, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Göstərilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.