Ölkə

Bakının bəzi hissələrində qaz olmayacaq

9 Fevral 2017 19:55
1 Şərh     Baxış: 3 161

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Xətai rayonu, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən "Şərq-Qərb Mülk" MTK-ya məxsus 408 mənzilli yaşayış binasının qazanxanasına təbii qazın verilməsi ilə bağlı, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar 10 fevral 2017-cı il tarixdə saat 09:00-dan 17:00-dək Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Şahnaz Azərtürk · 11 Fevral 10:5200

    Xırdalanda Quşçuluq massivinin yuxarı hissəsində həftədə bir dəfə xəbərdarlıqsız qazı kəsirlər.Sanki bunu qanuna salıblar.Elə indinin özündə qar yağsa da heç kəsi bu yerin əhalisinin durumu maraqlandırmır.Teleefonla Qaz İdarəsi və ya qaynar xəttə də düşmək olmur.Budurmu insanlara diqqət-qayğı?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.