Ölkə

Nəqliyyat Nazirliyinə YENİ SƏLAHİYYƏT verildi

9 Fevral 2017 14:51
0 Şərh     Baxış: 2 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu əsasnamə Azərbaycan ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərini müəyyən edir.
 
Əsasnaməyə əsasən, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının Azərbaycan avtodaşıyıcılarına verilməsi Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Dəyişikliyə əsasən, bundan sonra Beynəlxalq Nəqliyyat Forumunun atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli "İcazə"lərinin Azərbaycan avtodaşıyıcılarına verilməsi də Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.