Ölkə

Lənkəran rabitəçilərinin "stolba"sı çatışmır

8 Fevral 2017 16:58
2 Şərh     Baxış: 6 833

Lənkəran Telekommunikasiya Qovşağı balaca bir problemi həll etmək üçün aylardır bir dənə telefon dirəyi tapa bilmir.

Bunu Milli.Az-a Lənkəran Telekommunikasiya Qovşağının və Səpnəkəran kəndində telefon rabitəsinə cavabdeh şəxslərin fəaliyyətsizliyindən şikayət edən Lənkəran rayonu Səpnəkəran kənd sakini Səfalı Qənbərov bildirib.

Onun sözlərinə görə, ötən ilin yayından Səpnəkəran ATS-nə, daha sonra Lənkəran Telekommunikasiya Qovşağına müraciət ediblər. S.Qənbərov deyirk ki, qonşunun telefon xətti evlərinin damından keçdiyindən artıq köhnəlmiş damı təmir edə bilmirlər. Daha doğrusu, bir hissəsini ediblər, bir hissəsi qalıb:

"Ev anam Nəzakət Qənbərovanın, telefon isə nənəm Tamilla Məmmədovanın adınadır. Qonşunun telefon xətti bizim evin damından keçib. Gəlib baxıblar. Deyiblər ki, problemi həll etmək üçün əlavə telefon dirəyi basdırılmalıdır. Sonuncu dəfə sentyabrın 1-də sizin sayt vasitəsilə şikayətimizdən sonra Lənkəran Telekommunikasiya Qovşağının rəisi Şahlar İsmayılov bildirmişdi ki, guya məsələ sabah həll olunacaq. Onun üstündən artıq 6-cı aydır keçir, amma hələ də bir şey yoxdur. Bir neçə gün əvvəl bir daha məsələ ilə bağlı onlara müraciət etmişik. Deyirlər ki, "stolba" yoxdur, olanda qoyarıq".

S.Qənbərov qeyd edib ki, onlar bununla bağlı şikayətini hələ aylar öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "qaynar xətt"inə də bildiriblər.

Xatırladaq ki, məsələ ilə bağlı Lənkəran Telekommunikasiya Qovşağının rəisi Şahlar İsmayılov hələ 2016-cı ilin sentyabrın 1-də Milli.Az-a bildirmişdi ki, əraziyə baxış keçirilib və problemin həlli yolu müəyyən edilib:

"Artıq sahə rəisi tərəfindən əraziyə baxış keçirilib, telefon xəttinin keçdiyi yer müayinə olunub. Məlum olub ki, problemi həll etmək üçün ərazidə əlavə telefon dirəyi qoyulmalıdır. Bunun isə abunəçiyə heç bir aidiyyəti yoxdur. Tapşırıq vermişəm, sabah məsələ həll olunacaq".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    cccp · 8 Fevral 21:1100

    Yeni bir esasli problem ,,stolba,, problemi!

    Cavab yaz
  • Anonim
    Aydlndl · 8 Fevral 21:3600

    Gozel rayonumuza bele wey yarawmlr

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.