Ölkə

BDU-nun professoru vəfat edib

7 Fevral 2017 10:37
2 Şərh     Baxış: 1 929

Bakı Dövlət Universitetinin (BDU) professoru vəfat edib. 

Milli.Az report-a istinadən xəbər verir ki, universitetin Üzvi kimya kafedrasının professoru Mirzə Allahverdiyev 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Allahverdiyev 15 sentyabr 1947-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olub. 1965-ci ildə həmin kəndin onbirillik məktəbini qızıl medalla bitirib və BDU-ya daxil olub. 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə başa vurub.
2005-ci ildə təqdim olunan nəticələrinə görə BDU üzrə "İlin alimi" fəxri adı ilə təltif edilib. 2007-ci ildə biblioqrafik göstəricilərinə görə ABŞ-da dərc olunan "Dünyada kim kimdir" kitabına daxil edilib. 2007-ci ildə 60-illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" medalı, 2009-cu ildə BDU-nun 90 illiyi ilə əlaqədar "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Zirve · 7 Fevral 10:4910

    Allah rehmet elesin,uzu nurlu gozel professorumuza nur icinde yatsin

    Cavab yaz
  • Anonim
    Tebiet · 7 Fevral 11:1800

    Allah rəhmət eləsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.