Ölkə

Kreditləşmədə anormallıq - Tədbir görülməlidir

2 Fevral 2017 11:16
Baxış: 1 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Bankın rəsmi rəqəmlərində Bakı ilə rayonlar arasında həm kredit məbləği, həm də faiz dərəcəsi üzrə ciddi fərq var. 16,27 milyard manatlıq ümumi kredit portfelinin 13,79 milyard manatı Bakının payına düşür. Bu isə o deməkdir ki, ümumi kreditləşməsinin 85 faizi Bakıda həyata keçirilir. Yəni, hər verilən 100 manatlıq kreditin 85 manatı Bakının, qalan 15 manatı isə Abşeron daxil olmaqla digər bütün rayonların payına düşür.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-eskpert Vüqar Bayramov bildirib.

İqtisadçının fikrincə, məsələ heç də rayonlarda kredit portfelinin azlığı ilə tamamlanmır: "Belə ki, Bakıda orta kredit faizi 9,2 faiz olduğu halda əksər rayonlarda kredit faizləri 20 faizdən başlayır. Azərbaycanda ən baha kreditlər Aran iqtisadi rayonunda təklif edilir. Deməli, Mingəçevir, Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab ən yüksək faizli kredit götürən rayonlardır. Sözügedən iqtisadi rayonda kreditlər üzrə orta faiz 22,6 faizdir. Cənub bölgəmiz bahalı kreditlərin faizinə görə Aran iqtisadi rayonuna cüzi "uduzur". Belə ki, Lənkəran iqtisadi rayonunda orta kredit faizi 22,4 faizdir. Şəki-Zaqatala sakinləri isə orta hesabla 22,0 faizlə kredit götürürlər".

Ekspertin fikrincə, kreditləşmədəki bu anormallığın aradan qaldırılması üçün tədbirlər görülməlidir: "Deməli, rayonda yaşayan vətəndaşımız Bakı sakinlərinə nisbətən bankdan orta hesabla 2,5 dəfə çox faizlə kredit götürmək məcburiyyətində qalır. Aparılan tədqiqatlar göstərir ki, istehlak kreditləri üzrə orta faiz Mərkəzi Bankın rəsmi orta kredit faizlərindən daha çoxdur. Belə ki, rəsmi statistikada Bakı və rayonlar üzrə orta kredit faizlərinin nisbətən az olması portfelə ipoteka, biznes, güzəştli kreditlər üzrə faiz dərəcələrinin də daxil edilməsidir. Rəsmi rəqəmlərin təhlili göstərir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank kreditləşmədə regional disbalansın aradan qaldırılması üçün real addımlar atmalıdır".

İlkin İzzət

Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.