Ölkə

Qaxa 90 sm qar düşdü, sürücülər dilə gəldi: "Turizmi yaxşı fikirləşmisiniz, amma..." - VİDEO - FOTO

28 Yanvar 2017 18:06
10 Şərh     Baxış: 5 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çətinliklər yalnız magistral yollarda yaşanmır.

ARB Şəki xəbər verir ki, elə rayon mərkəzlərində, kəndlərində də qar yağışı yaratdığı gözəl mənzərə ilə yanaşı, müəyyən problemləri də qaçılmaz edir. Bölgəmizdə həmin problemlər hansı dərəcədə yaşanıb, çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atılıb?

Qarlı hava şəraiti Şəkinin avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Şəhər ərazisində qarın hündürlüyü 30, dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində isə 45 sm-dən artıqdır. Yaranmış vəziyyətlə əlaqədar şəhər təsərrüfatı tərəfindən qarın yaratdığı çətinliklər aradan qaldırılır. 

Qaxda yağan qarın hündürlüyü şəhər ərazisində və kəndlərdə 10-15 sm, dağlıq ərazilərində isə 50-90 sm-ə çatır. Yağan qar rayonda elektrik, su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb. Gecə saatlarından etibarən rayondaxili və magistral yolların qardan təmizlənilməsinə başlanılıb. Bəzi dağlıq ərazilərdə nəqliyyatın hərəkətində bir qədər çətinlik yaşansa da, gün ərzində bu problem də aradan qaldırılıb. Dağlıq ərazilərə yolu düşən sürücülər isə olduqca ehtiyatlı olmalıdırlar.

Zaqatalada yağan qarın hündürlüyü 8-10 sm, dağlıq ərazilərdə isə 30-40 sm-ə çatıb. Yağan qar rayonda elektrik, su, qaz və rabitə sahəsində elə də ciddi problem yaratmayıb. Rayondaxili və magistral yollar qardan təmizlənib. Bəzi dağlıq ərazilərdə nəqliyyatın hərəkətində bir qədər çətinlik yaşansa da, gün ərzində problem aradan qaldırılıb. 

Qəbələdə rayon mərkəzində qarın qalınlığı 25-30 sm, dağlıq kəndlərdə isə 35-50 sm-dən çox olub. Rayonda gecə saatlarından yolların qardan təmizlənməsinə start verilib. Rayonun Laza, Durca, Qəmərvan və bu kimi dağətəyi kənd yolları qardan təmizlənib.

Videonu izləmək üçün şəklə klikləyin:
Qaxa 90 sm qar düşdü, sürücü turizmin halına yandı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.