Ölkə

Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi Azərbaycandadır - DÜNYA REYTİNQİ

27 Yanvar 2017 11:15
0 Şərh     Baxış: 1 138

Yanvarın 26-da Vaşinqton və Nyu-York şəhərlərində dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı ABŞ-ın Pensilvaniya Universitetinin hazırladığı beynəlxalq hesabatın təqdimatı keçirilib. Hesabatın təqdimatı dünyanın 100-dən artıq ölkəsində, eləcə də beynəlxalq maliyyə qurumlarında, o cümlədən Dünya Bankında da təşkil edilib. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6700 beyin mərkəzi arasında sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib. Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-eskpert Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib: "Artıq CESD 8 ildir ki, Cənubi Qafqaz və Orta Asiyan regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb. Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir. CESD regionun "top beyin mərkəzi" olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb".

V.Bayramovun sözlərinə görə, regionda birinci olmaq CESD üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı, ciddi məsuliyyət də formalaşdırır: "Biz bu il də region ilə yanaşı, qlobal arenadakı mövqeyimizi qoruyub saxlamağa və daha da gücləndirməyə çalışacağıq".

Qeyd edək ki, aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin iyununda Sinqapurda təşkil olunacaq. CESD Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.

Hesabatın tam mətni ilə ABŞ-ın Pensilvaniya Universitetinin internet səhifəsində tanış olmaq mümkündür:

http://repository.upenn.edu/cgi/viewcontent.cgi?article=1011&context=think_tanks

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.